"İlham Əliyevin ən böyük nailiyyəti Qarabağın işğaldan azad edilməsidir" - SORĞU
Prezident İlham Əliyevin hakimiyyət illəri ölkənin inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibi olması ilə seçilir. Dekabrın 24-ü prezidentimizin doğum günüdür. SİA şəhər ictimaiyyətindən Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində gördüyü işləri necə dəyərləndirdikləri ilə bağlı sorğu keçirib.
Şəhər sakini Jalə Alıyeva: “Mən Qarabağın Cəbrayıl rayonundanam. İlham Əliyevin müharibə zamanı Ali Baş Komandan kimi əsgərlərimizə verdiyi motivasiya torpaqlarımızın işğaldan azad olunmasında çox böyük rol oynadı. Hal-hazırda da azad edilmiş Qarabağ torpaqlarının yenidən çiçəklənməsi, inkişaf etməsi üçün də büdcədən maddi dəstək ayrılır. 20 il ərzindəki fəaliyyəti zamanı ən azından verdiyi sözü tutmuş oldu. Qarabağ işğaldan azad edildi. Çox şükür”.
Şəhər sakini Nəzrin Əsədli: “İlham Əliyevin ən böyük nailiyyəti kimi 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunmasını misal göstərə bilərəm. Tək bu deyil, amma ən böyük uğuru kimi qiymətləndirirəm. Ölkəmiz daha da inkişaf etdi. Onsuz da, hər il inkişaf edir. Bu il də hər şey göz qabağındadır”.
Şəhər sakini Oqtay Əhmədov: “Mən prezidentimizin fəaliyyətini çox gözəl qiymətləndirirəm. Belə gözəl prezidentə can qurban. O, qardaşdır. Ən böyük fəaliyyəti kimi Qarabağın işğaldan azad edilməsini deyə bilərəm. Yaxşı yaşayırıq, əmin-amanlıqdır. Əla dolanırıq”.
Şəhər sakini Sevinc Qarayeva: “Mən bu illər ərzində İlham Əliyevin son illər, əsas da Qarabağ məsələsi ilə əlaqədar bir Azərbaycan vətəndaşı kimi ona öz minnətdarlığımı bildirirəm. Hətta dünən bizim bir yerdə söhbətimiz oldu. Dedim ki, İlham Əliyev Qarabağ məsələsi ilə böyük bir tarix yazdı. Məncə, bütün Azərbaycan xalqı mənim fikrimə şərik olar. Bunlar ürəkdən gələn sözlərimdir”.
Şəhər sakini Zaur Əzizov: “Prezidentimizin fəaliyyətini çox müsbət qiymətləndirirəm. Qarabağın azad edilməsi, orda infrastrukturun yaradılması, tikinti işlərini qeyd edə bilərəm. Qarabağ inkişaf edir. Həm də Bakı, Gəncə, Lənkəran və başqa şəhərlərin inkişafını göstərmək olar”.
Şəhər sakini Samir Hacıməmmədov: “Əla, prezidentin bütün fəaliyyətini qeyd edə bilərəm. Elə Qarabağ məsələsi nəyə desəniz dəyər. Siyasətindən isə danışmaqla bitməz”.
Şəhər sakini Səbuhi Qocayev: “Yüksək qiymətləndirirəm. Tarix yazdığı ən böyük işi kimi Qarabağın azad edilməsini deyə bilərəm. Neçə illər həll olunmayan bir problemi həm politik, həm yüksək səviyyədə həll etməsi İlham Əliyevin necə şəxsiyyət olduğunu göstərir”.
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB