Hicablı qadının baş örtüyünü açmasının hansı günahları var? - AÇIQLANDI

Hicablı qadının baş örtüyünü açmasının hansı günahları var? - AÇIQLANDI

“Allah bizə günahların və savabların nə dərəcədə tanınmasını müqəddəs Qurani-Kərimdə, öz ayələrində açıq şəkildə göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, hicab geyim forması deməkdir və qadınlara məxsusdur: “Yəni, İslamda qadının necə örtünməsi, geyinməsi tələb olunursa, ona qadının hicabı deyilir.

Təsəvvür edin ki, qadın o geyim formasına riayət etməlidir, etməsə, günahdır. Əgər əvvəl riayət edibsə, sonra o geyimi (hicabı) tərk edirsə, əlbəttə, günah bir qat yox, iki qat çoxala bilər. Amma nə dərəcədə və necə olmasını Allah bilər. Biz onu bilmərik. Bunun üçün də Allahın əmrlərini icra etmək lazımdır. İcra etməsək, günah olur. İcra edib sonra o əməli tərk edir, onu pozursansa, deməli, insan Allaha qarşı çıxmış olur. Bir var o əmri icra etmir, özünü günahkar bilir.

Məsələn, namaz qılmağa başlayır. Namaz qılandan sonra yenidən bu namazı tərk edir. Bu zaman günah iki qat çoxala bilər.

Bunun üçün də insanlara tövsiyəmiz budur ki, Allahın əmrlərinə və peyğəmbərimizin buyurduqlarına əməl etsinlər. Nə qədər əməl etsələr, həyatları da, rifahları da gözəl olar. Qəlbləri də rahat olar. Allah bizi günahlardan uzaq etsin. Amin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə