"Valideynlər uşaqlarına yeni il qutusu alarkən içərisinə baxsınlar" - AİB SƏDRİ AÇIQLADI
"Hər il yeni ildən sonra Azad İstehlakçılar Birliyinə valideynlər tərəfindən telefon zəngləri daxil olur ki, yeni il hədiyyələrindən uşaqlarda zəhərlənmə, ürəkbulanma olub". Bu barədə SİA-ya açıqlamasında
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, bu problem illərdir yaşanır: “Təəssüflər olsun ki, bəzən yeni il şənliklərində valideynlər diqqətini şouya verir, uşaqlar isə qutuları açır və oradan hər cür qidanı qəbul edirlər. Əksər hallarda biznes qurumları bu qutuların içərisinə vaxtı keçmiş malları yığırlar. Bəzən də bu qutulara uşaqlar üçün uyğun olmayan məhsullar yığılır və satılır”.
E.Hüseynov bildirib ki, bu cür qutular eləcə də dükanlarda satılır və dükan sahibləri istehlakçıya qutuları açıb baxmağa imkan vermir: “O qutulardan bəziləri açılıb yenidən bağlana bilir, bəziləri isə yapışqanla yapışdırılıb. Açılıb bağlana bilən qutuları alan zaman istehlakçılar diqqət yetirə bilərlər ki, malların üzərində yararlılıq müddəti varmı. Buna əhəmiyyət vermək lazımdır. Bütün istehlakçılara şübhələndikləri məhsul gördükdə "1003 qaynar telefon xətti" ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyyə edirəm.
Yeni il qutuları Rusiya, Çin, Belarusiyadan gətirilir və eləcə də Azərbaycanda da hazırlanır. Bütün hallarda istehlakçılar bu qutuları alıb uşaqlarına verən zaman onun içərisinə öncədən baxsınlar. Bəzən uşaqlarda allergiya yarada bilən qidalar da olur. Ona görə də valideynlər uşaqlarına uyğun olan qutuları seçsinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB