Bakıda sıxlığı azaltmaq üçün şəxsi nəqliyyatdan ictimai nəqliyyata keçmək hədəflənir
Hədəflərə nail olmaq üçün 2025-ci ilədək 300 milyon səfər sayını şəxsi nəqliyyat vasitələrindən ictimai nəqliyyat vasitəsinə keçirmək lazımdır. SİA xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Azərbaycanda Mobilliyin Transformasiyası Proqramı”nın təqdimatında bildirib.
O qeyd edib ki, səfərlərin 240 milyonu ictimai nəqliyyat vasitələrinə, 60 milyonu isə mikro mobilliyə keçməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB