İnsanların cinayətə meyilli olmasında hansı amillər var? - AYDINLIQ GƏTİRİLDİ
“İnsanların cinayətə meyilli olmasının bir çox səbəbləri var ki, onlardan biri də genetik faktorlardır. Əslində qətl törətmiş, ağır cinayət törətmiş cinayətkar və hətta oğurluğun özü belə genetik faktor kimi qeyd oluna bilər. İkinci faktor isə uşaqlıqda yaranan travma, ilk növbədə özünü eqoizmdən, ətrafa qarşı aqressiya ilə göstərə bilir. Lakin, elə cinayətkarlar da var ki, sosial cəmiyyətdə özünü doğru göstərə bilir, münasibətlərə çox rahat girə bilir və ətraf mühit də onun cinayətkar olduğunu anlamır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
Onun sözlərinə görə, bu insanlar bədən dilindən çox yaxşı istifadə, empatiya bacarığı ilə insanları idarə edə bilir və qurbanlarını xüsusi olaraq seçir: "Elə insanlar da var ki, uşaqlıqdan elə bir travma yaşayırlar ki, onlarda ətrafa qarşı aqressiya yaranır və daxillərində əslində öz “mənlərini” tapa bilmirlər. Onlarda eşidilməmə, anlaşılmazlıq qorxusundan yaranan aqressiyalar var ki, bu aqressiyalar onları cinayətə sövq edir. Cinayət isə özü bir nəticədir, onların içlərindəki o psixopat ruhları üzə çıxarmaq üçün bir nəticədir. Burada dediyim kimi uşaqlıq travmaları, genetik faktorlar əsas rol oynayır".
Psixoloq bildirib ki, bilərəkdən və bilməyərəkdən baş verən cinayətlər var: "Elə hadisələr də olur ki, məsələn həmin adam cinayət edir və sonra düşünür ki, o, bu cinayəti edə bilməzdi, amma etdi. Deməli şəraitə uyğun olaraq genetik faktor özünü göstərir. Bunun müxtəlif səbəbləri var və əsas səbəb isə sevgisizlik, diqqətsizlik, qayğısızlıq və özünü assosial hiss etmədir”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB