"Azərbaycanda könüllülük hərəkatı geniş vüsət alır" -MÜNASİBƏT

"Azərbaycanda könüllülük hərəkatı geniş vüsət alır" -MÜNASİBƏT

“Azərbaycanda on minlərlə könüllü gənclər var. Bu rəqəmlərdə getdikcə artır, buna səbəb də Prezident İlham Əliyev tərəfindən könüllərin fəaliyyətinə göstərilən dəstəyin və şəraitin günü-gündən daha da yaxşılaşdırılmasıdır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənclər Fondunun şöbə müdiri Vüsalə Niftəliyeva deyib.

Onun sözlərinə görə, üç min Azərbaycan könüllüsünün eyni gündə bir araya gəlib böyük bir forum təşkil etməsi dövlətin könüllülük fəaliyyətinə göstərdiyi diqqət və qayğının təzahürüdür: “Cənab Prezident tərəfindən Azərbaycan könüllülərinin 6-cı həmrəylik forumuna və forum iştirakçılarına müraciət ünvanlanması və könüllük fəaliyyətini yüksək şəkildə qiymətləndirməsi və onların fəaliyyətinə dövlət dəstəyinin göstərilməsinə davam edilməsi fikirinin səsləndirməsi nəinki zalda əyləşən üç min könüllü üçün, eyni zamanda, bütün Azərbaycan gəncləri üçün böyük bir çağırış mesaj oldu. Bu hətta könüllülük fəaliyyəti ilə məşğul olmayan Azərbaycan gənclərinə nəcib və xeyirxah fəaliyyətə və bu könül işinə daha yaxından cəlb etmək və onları bu proseslərə təşkil etmək çağırışı ilə üz-üzə qoydu. Azərbaycan gənclərinin bundan sonra könüllülərin sayında daha çox artım olacağını qeyd edə bilərik. Onu da qeyd etmək istəyirəm ki, xaricidən gələn qonaqların bu foruma dəvət edilməsi artıq beynəlxalq səviyyədə Azərbaycan könüllük hərəkatının tanınması deməkdir”.

Vüsalə Niftəliyeva onu da bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq həyata keçirilən könüllük forumunda ilk dəfə olaraq 100 Azərbaycan könüllüsünün “İlin könüllüsü” mükafatına layiq görülməsi gənclər üçün əvəz olunmaz bir mativasiya oldu: “Gənclər üçün böyük bir stimul idi ki, Azərbaycanda cəmiyyətimizin daha da yaxınlaşmasına, çiçəklənməsina nəcib əməllərin mərhəmət hissinin daha da artırılmasına və bu fəaliyyətlərdə gənclərin əməyinin daha da geniş şəkildə yayılmasına bir vüsət yaratsın və biz bu forumdan əslində bundan sonra nəticəsi olaraq bunları gözləyirirk. Ümid etdik ki gələn ilki forum daha böyük sayla işğaldan azad olunmuş torpaqlarımızın birində keçirilər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə