Niyə bəzi kişilər evlilikdən kənar münasibət qururlar? - PSİXOLOQ AÇIQLADI
“Bir çox qadınlar həyat yoldaşlarının onlara xəyanət etməsi problemi ilə üzləşirlər. Bəzən seçdiyi qadın gözəl, ağıllı, özünə baxımlı və diqqətli olsa belə, kişi yenə də “əyri” yola meyil edir. Bəs xəyanət nədir? Kişiləri xəyanətə sürükləyən səbəb nədir?
Xəyanət dedikdə münasibət daxilində cütlüklərin birinin üçüncü şəxslə fiziki, cinsi və emosional ünsiyyət qurmasıdır. Cəmiyyətimizdə xəyanətə münasibət birmənalı deyil”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, psixoloq, pedaqoq Günel Allahverdiyeva deyib.

Psixoloq sözlərinə belə davam edib: “Bilirik ki, kişilər qadınların diqqət mərkəzində olmağı, bir çox gözəl qadınların ağlını başından almağı sevirlər. Bu səbəbdən onlar, başqa qadınlara diqqət göstərirlər.
Bundan əlavə, kişilər müxtəlifliyə meyil edirlər. Öz xanımı nə qədər gözəl olursa-olsun, diqqətini çəkən kiçik bir nüans başqa qadında olarsa, kişi həmin qadına meyil edir.
Kişilərin xəyanət etməsinin digər səbəbi bəlli ehtiyaclarının həyat yoldaşı tərəfindən qarşılanmamasıdır. Bəzi kişilər evdə hər ehtiyacı qarşılansa da, yenə də gözü başqa xanımlarda olur.
Əgər kişi mütəmadi olaraq öz həyat yoldaşına xəyanət edirsə, deməli, problem kişi və qadın münasibətlərindədir. Əksər hallarda bu, partnyorlararası anlaşılmazlıqdan, intim münasibətlərin normal olmamasından, ailədəki söz-söhbətdən irəli gəlir. Kişilər diqqət mərkəzində olmağı və xanımının ona çox vaxt ayırmasını istəyir. Deməli, bu halda kişi öz həyat yoldaşında görmədiyi cəhətləri başqa qadınlarda axtarır.
Özünə, şəxsiyyətinə hörmət edən insan nə olur-olsun xəyanət etməməlidir. Bu hal həmin şəxsin şəxsiyyətinə ziyan vurub onu alçaldacaq.
Hər bir insan öz davranışı ilə övladlarına nümunə göstərəcəyini düşünməlidir. Etdiyimiz hər bir hərəkət şəxsiyyətimizi formalaşdırır və necə biri olduğumuzu büruzə verir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB