“Kitab hər bir dövr üçün ən vacib ünsürlərdən biri hesab olunur. Xüsusuilə, müasir insanın həyatını kitabsız, mütaliə olmadan təsəvvür etmək çətindir. Düşünürəm ki, həyatımıza, psixologiyamıza pis, neqativ təsir edəcək kitab yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.
Onun sözlərinə görə, kitab oxumaq vərdişi insanda kiçik yaşlardan formalaşdırılmalıdır: “Elə bu mövzu ilə bağlı hər zaman çoxlu suallar alırıq. Valideynlər “Öladımda kitab oxumaq vərdişini necə formalaşdıra bilərəm?” tipli suallar ünvanlayırlar.
Vurğulamaq lazımdır ki, burada ən gözəl nümunə məhz valideynin özüdür. Uşaq günün müəyyən hissəsini kitab oxmaqla dəyərləndirən valideynini gördükdə istər-istəməz o da valideyni ilə birgə kitab oxumağa başlayacaq. Məlumdur ki, kitab oxumaq həm də, zehni gimnastika hesab olunur. Belə ki, kitab oxumaq insanların yaddaşlarının möhkəmlənməsinə və zehni inkişafına müsbət təsir edir. Valideynlərin evdə kiçik bir kitabxana, başqa sözlə desək kiçik bir kitab guşəsi yaratması uşaqların kitaba olan marağını daha da artıracaqdır.
Hətta qeyd edə bilərəm ki, psixoloqlar da qrup terapiyası zamanı uşaqlara kitab oxumağı, mütaliəni aşılayır. Məsələn: qrup terapiyasında iştirak edən uşaqların yaşına, dünyagörüşünə, psixoloji vəziyyətlərinə və s. uyğun kitab psixoloq tərəfindən seçilir və oxuyaraq müzakirə edilir. Bu da uşağın kitaba qarşı məhəbbətini artıran vasitələrdən biridir. Qeyd etdiyim kimi, kitabın düzgün seçilməsi də çox önəmlidir. Burada əsas hissələrdən biri kitabın uşağın yaşına və anlama səviyyəsinə uyğun olmasıdır.
Ancaq bunu da bildirməliyəm ki, təbii ki, bir kitab psixoloji bir seansı əvəz edə bilməz. Çünki, psixoloq həmin an problemi görür və müxtəlif psixoloji metodlarla o problemin kökünə enib onu korreksiya etməyə başlayır. Kitab isə təəssüf ki, bəzi insanlarda problemi göstərən pəncərə rolunu oynayır. Psixoloji dəstək, psixoloji terapiya görmədən bir çox insan o problemi aşa və onu özündə korreksiya edə bilmir. Bu ancaq professional dəstək və peşəkar psixoloq yardımı ilə olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB