İctimai nəqliyyatda qadınlara yer verilməlidir? - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

İctimai nəqliyyatda qadınlara yer verilməlidir? - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Köhnə dünyanın ənənələrinə görə qadın zəif varlıqdı, onu qorumaq lazımdı, qayğısını, nazını çəkmək adəti bəzən balaca uşaqları əzizləmək həddinə çatırdı. Sonra feminizm ideyaları daha çox əraziyə yayıldı, amma postsovet ölkələrinə bu ideyalar gəlsə də kapitalizm sistemi olmadığı üçün elə nəzəriyyə kimi də qaldı. Baxmayaraq ki, Sovet dövründə qadınlar da kişilər kimi fabrikdə, maşınqayırma sahəsində, kolxozlarda işləyirdilər. Bu, daha çox dövlət siyasəti rolunu daşıdığı üçün görüntü səviyyəsində qalırdı". Bu sözləri SİA-ya danışan sosioloq Sənubər Heydərova deyib.

Onun sözlərinə görə, qadınlar evə qayıdan kimi bu obrazı iş paltarı kimi çıxarıb əsl ev xanımlıqlarına geri dönə bilirdilər: "Əsl kapitalizm gələndə artıq qadın məcbur müəllimə, həkim, ideal qadın və vətəndaş obrazından çıxıb iş qadını, ağır əmək sərf edən insana çevrildi. Bununla da o qoruyucu rol kişilərdən həmişəlik alındı".

Sosioloq sözlərinə davam edərək bildirib ki, bundan sonra artıq heç vaxt əvvəlki funksiya və rollar bərpa olunmayacaq: "Avtobusda yer vermək məsələsi həmin köhnə dəyərlər sistemindən qalan simvolik yadigardı. Çox az ömrü qalıb. Gələcək nəsillər bu adəti tarix kimi eşidəcəklər. İndiki münasibətlər sistemində belə həssas davranışlara yer yoxdur, çətinliklə də olsa yaşlı nəsil də bunu qəbul etməkdədir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə