BDU-nun Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu çap mediasını yaşatmağın zəruri olduğunu bildirib. SİA xəbər verir ki, o, bu barədə Bakı Dövlət Universiteti və Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə “Müasir Türk Dünyası jurnalistikası: problemlər və çağırışlar” mövzusunda onlayn elmi konfransda çıxışı zamanı danışıb.
O bildirib ki, qəzet ənənədir, tarixdir: “Biz çap mediasını yaşatmaqla bağlı müntəzəm müzakirələr edir, çıxış yolları axtarırıq”.
V. Zifəroğlunun sözlərinə görə, bunun üçün mövcud alternativlərdən biri eksklüziv materiallara üstünlük verməkdir: “Bu, qəzetlərin oxucularını artıra bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB