“Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Könüllük həftəsi çərçivəsində Azərbaycan könüllülərinin 6-cı həmrəylik forumu keçirildi. Bu forumun bizim üçün ən önəmli şərəfli, duyğulu anı məhz cənab Prezident İlham Əliyev tərəfindən forum iştirakçılarına Azərbaycan könüllülərinə müraciətin ünvanlanması idi, bu bizim üçün böyük bir qürur yaratdı”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Verdiyev deyib.
Onun sözlərinə görə, məhz Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq ilk dəfə ilin 100 könülü “İlin könüllüsü mükafatı”nı aldı: “Könüllülər üçün də böyük bir gün idi, könüllülərin günü idi. Bundan əlavə olaraq, könüllülərimiz üçün dövlət məşğulluq agentliyinin dəstəyi ilə karyera sərgisi təşkil olundu hansı ki, ölkənin aparıcı şirkətləri həmin sərgidə iştirak etdi, həm təcrübə proqramları haqqında, həmdə iş vakansiyaları haqqında, həmdə məhz sivi məlumat bazasının toplanması ilə bağlı böyük bir səmərəli sərgi oldu. Ümumilikdə dövlət rəsmilərinin iştirakı və forumun işinin uğurlu olduğunu bildirən bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB