Dövlət Komitəsi "Azərbaycan Memarlar İttifaqı"nın Qış Plenumuna ev sahibliyi edib
Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Azərbaycan Memarlar İttifaqı" İctimai Birliyinin İdarə Heyətinin “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma və memarlığın inkişafı” mövzusunda Qış Plenumu keçirilib. SİA xəbər verir ki, bunu Komitənin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Şəhər və kəndlərimizin ərazi planlaşdırma sənədlərinin hazırlanmasında innovativ yanaşmaların tətbiqindən, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti və yenidənqurma işlərindən danışdıq, memarlarımızın və layihəçilərimizin Böyük Qayıdışı təmin edəcək şərəfli vəzifələri barədə ətraflı, səmimi fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB