"İqlim dəyişikliyi konfransının Azərbaycanda keçirilməsi tarixi hadisədir" -MÜNASİBƏT

"İqlim dəyişikliyi konfransının Azərbaycanda keçirilməsi tarixi hadisədir" -MÜNASİBƏT

“BMT-nin İqlim Dəyişikliyi üzrə növbəti konfransının Azərbaycanda keçirilməsi dövlətimizin nüfuzunun artmasının daha bir göstəricisi kimi qiymətləndirilməlidir”. Bunu SİA-ya açıqlamasında siyasi ekspert, “Alyans” strateji araşdırmalar mərkəzinin sədri Abutalıb deyib.

Onun sözlərinə görə, bu gün iqlim dəyişikliyi məsələsi bütün dünyanın ən əsas problemlərindən birinə çevrilib: “Bu problemin həllinə nail olmaq üçün dünya dövlətləri ciddi səylər göstərirlər. Bu günlərdə Dubayda başa çatan sayca 28-ci toplantıda 2050-ci ilə qədər qazıntılardan istifadənin azaldılması məsələsi daha təmiz enerjiyə keçid məsələsi qoyuldu. Burada söhbət ilk növbədə neftdən və neft məhsullarından imtina etməkdən gedir. Atom enerjisindən, qazdan, və yaşıl enerjidən daha geniş istifadə olunması qərara alınıb. Bu sahədə Azərbaycan qabaqcıl ölkələrdən biridir, Avropa İttifaqı ilə imzalanan memoranduma görə Azərbaycan Avropaya yaşıl enerji ötürmək öhdəliyi götürüb. Şübhə yoxdur ki, Bakıda keçiriləcək konfransda da dünya üçün mühüm əhəmiyyətə malik olan qərarlar qəbul olunacaq. İqlim dəyişikliyi məsələsi bu gün hamının bir nömrəli problemidir və belə bir məqamda BMT-nin bu mötəbər tədbirinin Bakıda keçirilməsi tarixi əhəmiyyətə malik olan bir hadisədir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə