“Vətəndaşlar yalnız müəssisənin keyfiyyəti ilə bağlı etirazlarını bildirə bilərlər” - QURUM RƏSMİSİ AÇIQLADI

“Vətəndaşlar yalnız müəssisənin keyfiyyəti ilə bağlı etirazlarını bildirə bilərlər” - QURUM RƏSMİSİ AÇIQLADI

“Restoranlarda bayramqabağı qiymətlərin artmasına səbəb tələbin artmasıdır. Xüsusilə, regionlarda bu istiqamətdə böyük tələb var”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, qiymət artımına heç bir dövlət orqanı müdaxilə etmir: “Belə olduqda isə istehlakçılar “soyulur”. Bu baxımdan da normal rəqabət mühitinin olması üçün çox sayda istirahət zonaları yaradılmalıdır.

Üstəlik, vəziyyətdən istifadə edən biznes qurumları da olduqca çoxdur. İstehlakçılar isə buna heç bir etiraz edə bilməz. Vətəndaşlar yalnız müəssisənin keyfiyyəti ilə bağlı etirazlarını bildirə bilərlər. Bu səbəbdən də, zənnimcə, müvafiq dövlət orqanları məsələyə müdaxilə etməlidir.

Bayram endirimləri edən marketlərdə isə vaxtı keçmiş məhsullar satılmadığı təqdirdə heç bir problem yoxdur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə