“Azərbaycan qadınları özlərini 60-cı illər ABŞ filmlərinin qəhrəmanları kimi aparırlar” - SOSİOLOQ AÇIQLADI
“Geyim bir mədəniyyət formasıdır və mədəniyyət forması kimi hər kəsin xarakterini, mədəniyyətini, dünya görüşünü əks etdirir. Əfsuslar olsun ki, bəzən bizim ölkədə bunu düzgün başa düşmədən kütlə psixologiyası konteksindən icra edən insanlar var. Bu insanlara elə gəlir ki, müxtəlif seriallarda, kənar filmlərdə sərgilənən obrazları imitasiya etmək və o tərzləri mənimsəmək həmişə hər yerdə caiz sayılır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Üzeyir Şəfiyev sözlərinə belə davam edib: “Mənim xatirimə bir şey düşür. ABŞ səfirinin xanımından müsahibə götürüblər və müsahibə zamanı ona sual veriblər ki, “Azərbaycan qadınları haqqında nə düşünürsünüz? Bu xanımları bəyənirsinizmi?”. O, çox maraqlı bir cavab verib. Belə ki, “Azərbaycan qadınları çox gözəldir. Lakin təəssüf ki, onlar özlərini 60-cı illər ABŞ filmlərinin qəhrəmanları kimi aparırlar. Hansı ki, həmin qəhrəmanlar o filmlərdə tənqid hədəfi kimi göstərilmişdi”.
Bizim cəmiyyətin xarakterində kənar təsirlər meyillənmə var. Bu, həm də insanların geyim tərzlərində özünü göstərir. Kütlə şüuru var. Bu düzgün deyil. Efir həm də cəmiyyətin vizionudur. İnsanlar efirə çıxanlara örnək kimi baxır və elə bilirlər ki, ora çıxan insanların tərzləri, danışıqları və hərəkətləri nümunəvi və örnəkdir. Bu baxımdan, insanlar efirə çıxarkən öz tərzlərinə fikir verməlidirlər ki, onları milyonlarla insan izləyir.
Səhv etmirəmsə, əvvəllər televiziyalarda geyimdən tutmuş tərzlərə qədər senzura var idi. Amma bu günləri efirlərimiz çox səliqəsiz vəziyyətdədir. Çünki vulqar və qeyri-etik tərzlər, davranışlar və geyimlər müxtəlif kanallarda sərgilənə bilir. Açıq-saçıq geyimlər efir üçün deyil. Bunlar aşağı mədəniyyətə sahib insan göstəricisidir. Hesab edirəm ki, belə tərzdə efirə çıxanların qarşısını almaq lazımdır. Bu, heç də demokratik dəyərlərin pozulması anlamına gəlmir. Sadəcə olaraq unutmamalıyıq ki, efirlər, KİV-lər, televiziyalar həm də sosiallaşma institutudur.
Yeniyetmələr və gənclər var ki, həmin efir adamlarını özlərinə örnək kimi seçilər. Ona görə də efirlərdə maksimum milli dəyərlər və mentalitetə uyğun tərzlər sərgiləməliyik.
Biz adət-ənənələrimizə bağlı olmalıyıq. Vulqar və bizə uyğun olmayan olan tərzlərə meyil etməməliyik. Cəmiyyətin də belə geyim tərzlərinə münasibəti pisdir. Düşünürəm ki, efirlər bunu nəzərə almalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB