Şəhid Elşən Müslümovun xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi olub - FOTOLAR
Şəhid Elşən Müslümovun xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, kitab “Hər iki dünyada cənnət mələyim” adlanır. Təqdimat mərasimində bir sıra deputatlar, şəhid anaları, yazarlar və dövlət rəsmiləri iştirak edib.
Xatırladaq ki, Elşən Habil oğlu Müslümov 2 sentyabr 1995-ci ildə Bakı şəhərinin Yasamal rayonunda anadan olub. Əslən Ağsu rayonunun Kalva kəndindəndir.
Elşən Müslümov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. 9 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 19 oktyabrda Bakıda II Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Müslümov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" , "Cəsur döyüşçü" , "Vətən uğrunda" medalı və "3cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
12 iyul 2021-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində çavuş Müslümov Elşən Habil oğlunun xatirə lövhəsinin açılışı olub. Hökməli qəsəbəsinin yeni yaşayış massivində küçələrdən birinə adı verilib.Həmçinin Yasamal rayonunda doğulub böyüdüyü küçəyə adı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB