Bu ərazilərdə modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub
“İşğaldan azad olunmuş ərazilərdə səhiyyə sisteminin inkişafı, həmin ərazilərdə yaşayan və işləyən sakinlər üçün tibbi xidmətlərin təşkili məqsədilə müvəqqəti olaraq Agentlik tərəfindən modul tipli xəstəxanaların quraşdırılması həyata keçirilir”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Z.Əliyev bildirib ki, 2021-ci ildən başlayaraq Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb: “Gələn il Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB