“Ürək-damar sistemi xəstəliklərinin Xidmətlər Zərfinə daxil edilməsi hədəflənib” - SƏDR
“Vətəndaşların sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlər, o cümlədən ambulator şəraitdə dərman təminatının Xidmətlər Zərfinə daxil olmasının üzərində də çalışırıq”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Zaur Əliyev bildirib ki, mərhələləli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrini sığorta hesabına qarşılamağı nəzərdə tuturuq: “İlk il ürək-damar sistemi xəstəlikləri, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etməyi hədəfləmişik. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub. Həmçinin dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB