“Xidmətlər Zərfindəki xidmətlərin sayı 3315-ə çatdırılıb”

“Xidmətlər Zərfindəki xidmətlərin sayı 3315-ə çatdırılıb”

“Biz icbari tibbi sğortanın tətbiqinə başlayanda 1829 tibbi xidmətlə başlamışdıq”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bu il Xidmətlər Zərfindəki xidmət sayını 81% artıraraq 3315-ə çatdırmışıq: “Yeni əlavə edilən xidmətlərin sırasında gələn transplantasiya əməliyyatları (böyrək, qaraciyər, sümük iliyi – 150, 100, 20) limitli şəkildə qarşılanır. Bu günədək İTS çərçivəsində 23 sayda transplantasiya əməliyyatı icra olunub".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə