“Agentliklə müqavilə bağlayan tibb müəssisələrin sayı 152-ə çatdırılıb” - SƏDR
“Dövlət xəstəxanalarında vətəndaşların xidmətlərə əlçatanlığı ilə bağlı aparılan işlərlə yanaşı, özəl tibb müəssisələrində də sığortadan istifadəni genişləndiririk”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Onun sözlərinə görə, ötən il 111 tibb müəssisəsi ilə müqavilə bağlamışdısa, bu il daha 42 müəssisə ilə müqavilə bağlanaraq, say 152-yə çatdırılıb: “Biz bunu təkcə iri şəhərlərdə deyil, vətəndaşların xəstəxanalara daha yaxın olmasını, vaxtında xidmətə cəlb edilməsini təmin etmək üçün rayonlarda da tətbiq etdik.
Hazırda müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, 19 rayon da var. Sözügedən tibb müəssisələrinin 80%-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 20%-i isə regionların payına düşür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB