Hamiləliyin süni şəkildə kəsilməsi (...bizlərdə buna “abort” deyirlər-A.B.) Rusiyada özəl klinikaların göstərdiyi xidmətlər siyahısından çıxarıla bilər.
SİA-nın əldə etdiyi məlumata görə, müvafiq qanun layihəsi Dövlət Dumasına təqdim edilib və onun mətni Dumanın məlumat bazasında dərc edilib.
Qanun özəl klinikaların abort edilə bilən tibb təşkilatları siyahısından çıxarılmasını nəzərdə tutur.
Təşəbbüs qəbul olunarsa, “Rusiya Federasiyasında vətəndaşların sağlamlığının qorunmasının əsasları haqqında” qanuna dəyişiklik ediləcək.
Qanuna abort xidmətlərinin yalnız dövlət və bələdiyyə səhiyyə sisteminin müəssisələrinə təqdim edilməsi imkanını təmin edən yeni bənd daxil ediləcək.
Qeyd olunur ki, layihə ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması yollarının axtarışı çərçivəsində hazırlanıb. Bu tədbirin abortdan sonra və ya prosedur zamanı yarana biləcək fəsadların riskini də azaldacağı gözlənilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB