“Azərbaycanda qida təhlükəsizliyi məsələləri kifayət qədər həllini tapmayıb” - MÜTƏXƏSSİS DANIŞDI

“Azərbaycanda qida təhlükəsizliyi məsələləri kifayət qədər həllini tapmayıb” - MÜTƏXƏSSİS DANIŞDI

“Gündəlik rast gəldiyimiz zəhərlənmə faktları, qanunsuz fəaliyyət göstərən ictiami iaşə obyektləri, eyni zamanda məktəb və bağçalarda baş verən zəhərlənmələr, xüsusilə də restoranlarda saxta qidaların verilməsi kimi halların baş verməsi Azərbaycanda qida təhlükəsizliyi məsələlərinin hələ də kifayət qədər öz həllini tapmadığını göstərir. Bu kimi halların baş verməməsi üçün yaxşı olar ki, müəssisələrdə aidiyyatı üzrə qurum olan AQTA tərəfindən müəssisə fəaliyyətə başlamadan öncə monitorinq aparsın. Bu sözləri SİA-ya açıqlamasında qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, qida təhlükəsizliyi məsələləri düzgün təmin olunmur və nəzarət prosesi də o qədər də ürəkaçan deyil: “Bütün bu halların baş verməməsi və əhalinin sağlamlığının qorunması üçün tədbirlər müəssisələr açılmadan öncə aparılmalıdır. Eyni zamanda qanunsuz ət kəsimi ilə bağlı hələ də kifayət qədər şikayətlərin olması da böyük problemdir. Bir sıra dövlət qurumları tərəfindən müəyyən tədbirlər həyata keçirilir və istehlakçılar maarifləndirilir. Lakin qida satış yerlərində və ictiami iaşə obyektlərində monitorinqlərin aparılması isə aiddiyyatı qurumların üzərinə düşür və bu istiqamətdəki nəzarət daha da gücləndirilməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə