"Bakıda yol ötürücüsü üzərində yaranmış aşınma aradan qaldırılıb" - AAYDA

"Bakıda yol ötürücüsü üzərində yaranmış aşınma aradan qaldırılıb" - AAYDA

Bakının Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsündə ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) temperatur şovu üzərində, asfalt-beton örtükdə yaranmış problem aradan qaldırılıb. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Belə ki, qısa müddət ərzində sözügedən hissədə asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə