Böyük Qayıdış: daha 25 ailə Füzuliyə çatıb

Böyük Qayıdış: daha 25 ailə Füzuliyə çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. SİA-nın bölgə müxbiri xəbər verir ki, Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan daha 25 ailə - 112 nəfər Füzuliyə çatıb.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar doğma yurdlarına qovuşmağın sevincini bir-biriləri ilə bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə