Kənd toyuğu ilə broyleri necə ayırd etməliyik? - EKSPERT AÇIQLADI

Kənd toyuğu ilə broyleri necə ayırd etməliyik? - EKSPERT AÇIQLADI

“Sənaye üsulu toyuğu ilə kənd toyuğu arasında fərq çoxdur. Bəzən kənd toyuğu hiyləyə məruz qaldığı üçün seçərkən aldana bilirik”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Asim Vəliyev sözlərinə belə davam edib: “Kənd toyuğu gec bişir. Bəzən müddət 2 saata qədər uzana bilir. Sənaye üsulu toyuq isə ən çox yarım saata bişir. Kənd toyuğunun suyu bişərkən tünd rəng olur. Həmçinin suyu gel kimi qatı olur. Sənaye üsulu toyuğun suyu isə qəhvəyi bir görüntü alır.

Kənd toyuğunun dərisi nazik olur. Damarları dəridən belə görünə bilir. Dərisinin rəngi qırımızıya çalır. Həm də kənd toyuğunun sümüyü möhkəm olur, ətin sümükdən ayırmaq çətin olur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə