"İndiki dövrdə gənclər "oğru aləmi"nin tərifini eşidirlər" - SOSİOLOQ DANIŞDI

"İndiki dövrdə gənclər "oğru aləmi"nin tərifini eşidirlər" - SOSİOLOQ DANIŞDI

"Davranışlara təsir edən 4 mühüm faktor var. Başlıca amil şəxsi keyfiyyətlərdir. Bu keyfiyyətlər insanın genindən və 6 yaşına qədər aldığı tərbiyədən gəlir". Bu sözləri SİA-ya danışan sosioloq Sahib Altay deyib.

Onun sözlərinə görə, uşaqların təlim-tərbiyə prosesində də ciddi problemlər mövcuddur: "Valideynlərin övladlarına qarşı biganə yanaşması, onların problemlərini həll etmək əvəzinə telefon verib sakitləşdirməyə çalışmaları dövrümüzün əsas problemlərindəndir. Kriminal aləmə maraq artıran ikinci amil mühitdir. Ətrafımızda çox sayda kriminal hadisələr baş verir. Bu hadisələr sosial media, televiziya və digər informasiya vasitələri ilə ictimailəşdirilir".

Sosioloq sözlərinə davam edərək bildirib ki, artan kriminal hadisələri görən gənclərdə bu aləmə maraq yaranır: "Üçüncü və ən vacib amillərdən biri gənclərin aldığı informasiyanın intensivliyidir. Onlar milli qəhrəmanlardan daha çox “oğru aləmi”nin tərifini eşidir, bu barədə yazılan kitabları oxuyurlar. Bu sahədə ciddi maarifləndirmə tədbirləri görülməlidir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə