“Növbədənkənar prezident seçkiləri tarixə qızıl hərflərlə həkk oluncaq” - MÜNASİBƏT

“Növbədənkənar prezident seçkiləri tarixə qızıl hərflərlə həkk oluncaq” - MÜNASİBƏT

"2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk oluncaq". Bunu SİA-ya açıqlamasında "BİG Media" MMC-nin direktoru Emil Əkbərov deyib.

Emil Əkbərov qeyd edib ki, müstəqil Azərbaycan tarixində ilk dəfə bütün ölkə ərazisində seçkilər keçiriləcək: "30 il ərzində öz torpaqlarından didərgin düşmüş soydaşlarımız böyük qürurla doğulduqları vətənlərində səs verəcəklər. Bu gün biz bütün bu zəfərləri və qürurverici anları cənab Prezident İlham Əliyevə borcluyuq. Onun dəmir iradəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, regionda söz sahibi olan güclü dövlətə çevrilib. Əminəm ki, bundan sonra da cənab Prezident İlham Əliyevlə böyük zəfərlər bizimlə olacaq".

Emil Əkbərov vurğulayıb ki, Azərbaycanın uğurlu gələcəyi Ali Baş Komandan İlham Əliyevlə bağlıdır: "Prezident İlham Əliyev dövlətini və xalqını sevən güclü liderdir. Əminəm ki, bundan sonra da Prezident İlham Əliyevlə Azərbaycan çox böyük uğurlara imza atacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə