Ulu Öndərə həsr olunmuş növbəti poçt markası dövriyyəyə buraxılıb - FOTO

Ulu Öndərə həsr olunmuş növbəti poçt markası dövriyyəyə buraxılıb - FOTO

“Heydər Əliyev İli” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş daha bir poçt markasını dövriyyəyə buraxıb. Nazirlikdən SİA-ya bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə dövriyyəyə buraxılan buraxılış 1 markadan ibarət blok şəklində hazırlanıb. Marka 4 min tirajla çap olunub. Markanın dizayneri Nəriman Məmmədzadədir.

Bundan başqa, 200 ədəd “Birinci gün” zərfləri də hazırlanıb.

Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən “Heydər Əliyev 100 il” loqolu, 6 müxtəlif nominalda, ümumi 4 581 000 tirajla standart poçt markaları və bundan əlavə markalı zərflər hazırlanıb, daxili və xarici poçt göndərişlərində istifadə üçün dövriyyəyə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə