"İnşallah Füzulidə nəvələrimin toyunu görmək qismət olar" - Füzuli sakini
"Sevincimin həddi-hüdudu yoxdur. 32 yaşımda çıxdığım Füzulimə qayıtmaqdan gözəl nə ola bilər ki?!". Bu sözləri SİA-ya Füzuli sakini Gülli İmanova deyib.
"Düzdü, yoldaşımı itirdiyim üçün bir yanım da buruxdu. Kaş ki onunla birgə yurdumuza qayıtmaq nəsib olardı. Amma bu günə də şükürlər olsun. Övladlarımla, nəvələrimlə birgə Füzuliyə qayıdıram. İnşallah Füzulidə nəvələrimin toyunu görmək qismət olar",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB