"Atam mənə həmişə Füzulidən qovulduqları anı danışırdı" - Füzuli sakini

"Atam mənə həmişə Füzulidən qovulduqları anı danışırdı" - Füzuli sakini

"Füzuliyə getdiyim üçün çox sevincliyəm. Çünki nənə-babam orada böyüyüb boya-başa çatıb. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm". Bu sözləri SİA-ya Füzuli sakini Ayşə Rəhimli deyib.

A.Rəhimli Füzuli haqqında atasının ona çox şey danışdığını bildirib: "Atam Füzulidən gələndə balaca olsa da, çox şeyi xatırladığını deyir. Mənə həmişə öz yurd-yuvalarından nə əziyyətlərlə çıxdıqları barədə danışırdı. Eyni zamanda atam tez-tez deyirdi ki, Füzulinin havasını heç yerdə ala bilmir. Sanki oralar gözünə bir başqa gözəl görünürdü".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə