"30 il Füzulinin həsrətini çəkmişik" - Füzuli sakini

"30 il Füzulinin həsrətini çəkmişik" - Füzuli sakini

"Sevinirəm ki, Vətənimə qayıdıram. 30 ildir ki, Füzulinin həsrətində idik. Övladlarımla, nəvələrimlə birgə doğma yurduma qayıtmaq mənə nəsib oldu". Bu sözləri SİA-ya Füzuli sakini Şücaət Əliyeva deyib.

"Allah hər kəsə belə sevincli günlər yaşatsın. Çünki bizim xalqımız buna layiqdir. Çox əziyyətlər çəkmişik. Artıq bizim də üzümüz güləcək",- deyə o bildirib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə