"Allahdan tək arzum doğma torpaqlarıma ayaq basmaq idi" - Füzuli sakini
"Çox xoşbəxt adamam ki, 1993-cü ildə Füzulidən qucağımda gətirdiyim övladım bu gün öz övladları ilə birgə yurduma qayıdır". Bu sözləri SİA-ya Füzuli sakini Cəmilə Quliyeva deyib.
"Prezident İlham Əliyevə minnətdarıq ki, bizi lazım olan hər şeylə təmin edərək Füzuliyə köçürür. Onun sayəsində biz o vaxt çəkdiyimiz əziyyətləri unutmuşuq. Bu gün çəkdiyimiz əziyyətlərin bəhrəsini görürük. Öz doğma torpaqlarımızda yaşaya bilmədiyimiz gəncliyi nəvələrimiz davam etdirər. Allahdan tək arzum o torpaqlara ayaq basıb havasından udmaq idi. O da şükürlər olsun ki, həyata keçir",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB