"Quşlarım da mənim kimi Füzulini ilk dəfə görəcək" - 10 yaşlı Füzuli sakini

"Quşlarım da mənim kimi Füzulini ilk dəfə görəcək" - 10 yaşlı Füzuli sakini

"Bu gün həm sevinirəm, həm də kövrəlirəm. Sevinirəm ona görə ki, ata-babamın illərlə haqqında gözəl sözlər dediyi Füzuliyə axır ki mən də gedirəm və orada gözəl evimiz, məktəbimiz olacaq. Amma dostlarım burada qaldığı üçün də kövrəlirəm". SİA xəbər verir ki, bu sözləri 10 yaşlı Füzuli sakini Nurlan Rəhimli deyib.

O bildirib ki, darıxmamaq üçün Füzuliyə özüylə iki quşunu da aparır: "Onlar da mənim kimi Füzulini ilk dəfə görəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə