"Sadəcə ata kimi çıxdığım Füzuliyə artıq baba kimi qayıdıram" - Füzuli sakini
"Ali Baş Komandan İlham Əliyev başda olmaqla ordumuza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin". Bu sözləri SİA-ya Füzuli sakini Rasim Həsənov deyib.
"Füzulidən çıxanda 32 yaşım var idi, indi isə 63 yaşım var. O vaxt torpaqlarımızdan həyat yoldaşım və oğlumla birgə çıxmışdıq. Sadəcə ata kimi çıxdığım yurduma indi həm də baba kimi qayıdıram. Füzuliyə çatanda ilk olaraq qəbirstanlığı ziyarət etmək, ocaqlarımıza və ən əsası Çinar bulağına getmək istəyərəm",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB