"Azad olunmuş ərazilərdə 1037 ailənin məskunlaşması təmin edilib" - QURUM RƏSMİSİ AÇIQLADI

"Azad olunmuş ərazilərdə 1037 ailənin məskunlaşması təmin edilib" - QURUM RƏSMİSİ AÇIQLADI

"Bu gün Füzuli şəhərinə 112 nəfərdən ibarət olan 25 ailənin növbəti köç prosesi həyata keçirilir. Ümumilikdə isə 13 dekabr 2023-cü ilə olan məlumata əsasən, işğaldan azad olunmuş ərazilərdə 4124 nəfərdən ibarət olan 1037 ailənin daimi məskunlaşması təmin edilib". SİA xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Departasiya Departamentinin direktor müavini Tural Qasımov deyib.

"İşğaldan azad olunmuş ərazilərə ilk növbədə respublikanən müxtəlif bölgələrində yerləşən yataqxana, ponsioner, uşaq bağçalarında yaşayan və yaşayış şəraiti ağır olan ailələrin köçürülməsi həyata keçirilir. Komitə tərəfindən köçürüləcək ailələrə bir gün öncədən əşyaların yığılması üçün yük avtomobilləri ayrılır. Həmin yük avtomobilləri əşyalar yığıldıqdan sonra "Qobu" yaşayış kompleksinə doğru istiqamətlənir. Burada ailələr üçün ayrılan mikroavtobuslarla birləşərək köç karvanı vasitəsilə işğaldan azad olunmuş ərazilərə yola salınır. "Qobu" yaşayış kompleksi köç karvanının yola salınması üçün seçilən bir məkandır. Yəni, bu ərazi təyinat nöqtəsidir, köçürülmə ünvanı deyil",- deyə qurum rəsmisi əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə