“Zenit” İdman Cəmiyyətinin Ulu Öndərin yubileyinə töhfəsi

“Zenit” İdman Cəmiyyətinin Ulu Öndərin yubileyinə töhfəsi

Fazil Hadıbəyov: “Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini çox böyük həvəslə, sevinclə keçirtdik. Çünki o dahi insan, Azərbaycan idmanı üçün çox böyük işlər görüb”

1993-cü ildə yaradılan və bu il otuz illik yubileyini qeyd eləyən, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi sözün həqiqi mənasında, idman təşkilatları arasında uzun illərdir ki, ən aparıcı təşkilatlardan biri kimi, öz işlərini uğurla davam etdirir və sözlərini öz uğurları ilə deyirlər. Bu təşkilatın axırıncı illərdə və bu il gördüyü işlərlə bağlı biz, “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi yarandığı gündən onun sədri olan, dəyərli ziyalı və yüksək təşkilatçı insan, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Milli Olimpiya Komitəsinin üzvü Fazil Hadıbəyovla həmsöhbət olduq. İlk öncə bu təşkilatın yaradıcısı Fazil Hadıbəyov haqqından çoxminli oxucularımıza qısa məlumat vermək istəyirəm.

Qısa arayış: O, 1954-cü ildə Qazaxıstanın Cambul vilayətinin Çu rayonunda anadan olub. 1962-ci ildə Fazil Cambul vilayətindən ailələrilə birlikdə doğma Masallıya qayıdıb. Orada Masallı şəhər 3 nömrəli tam orta məktəbi bitirəndən sonra Azərbayan Bədən Tərbiyəsi İnstitutuna (indiki İdman Akademiyası) qəbul olub. Təhsilini başa vurduqdan sonra Təhsil Nazirliyinin idman təşkilatlarında, “Məhsul” İdman Cəmiyyətində işləyib. Neftçi İdman Cəmiyyətində İdman Şöbəsinin müdiri olub. 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi yaradılanda bu təşkilatın sədri seçilib. 2007-ci ildə ona idman sahəsindəki xidmətlərinə və uğurlarına görə, Azərbayanın Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adı verilib. Milli Olimpiya Komitəsinin üzvüdür. O, 30 ildir ki, böyük uğurla bu idman təşkilatına rəhbərlik edir.

1993-cü ildə bərpa olunan “Zenit” İdman Cəmiyyəti Respublika Şurası, artıq beş ildir ki, İctimai Birlik adlanır, bu təşkilatın yaraldıcıları və bu gün də aparıcı qüvvələri, respublikada çox böyük nüfuza malik olan bu təşkilatlardır. Elektroenergetika və Elektrotexnika Sənayesi, Aviasiya İşçiləri, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri, Müdafiə Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitələri, Metal İşçiləri Həmkarlar İttifaqı Fedorasiyası, “Bakı” Stil Kompani İşçiləri Həmkarlar İttifaqı Birliyi və Metropoliten İşçiləri Həmkarlar İttifaqı. Bu təşkilatlar həqiqətən də “Zenit” Bədən Tərbiyəsi İctimai Birliyinin bel sütünlarıdırlar. Hər təşkilata da çox bacarıqlı insanlar rəhbərik edir. Yarandığı gündən bu günə kimi bu təşkilat özünün böyük, uğurlu işlərinə görə respublikanın ən aparıcı idman təşkilatlarından biri olub.
Bu idman təşkilatı yarandığı ildən kütləvi idmana daha çox üstünlük verir.
Və hər il Dövlət Müstəqilliyi gününə həsr olunan Spartakiadalar keçirir
Artıq bu il keçirilən və Ulu Öndərin 100 illik yubileyinə həsr olunan Spartakiada da çox möhtəşəm keçirildi. Bu işdə də “Zenit” Bədən Tərbiyəsi İctimai Birliyinə daxil olan Həmkarlar Komitələri böyük işlər gördülər.

- Fazil müəllim. Sizin təşkilatda Olimpiya, Avropa və dünya səviyyəli çoxlu idmançılar yetişib. Onlar Azərbaycan idmanının tarixində özlərinin layiqli sözlərini deyiblər. Amma siz əsasən kütləvi yarışlara daha çox üstünlük verirsiniz. Hər il Spartakiadalar keçirirsiniz. Bunun kökündə nə dayanır?
- Bəli. Elədir. Biz, yarandığımız ilk gündən bu işi qarşımıza ali məqsəd kimi qoymuşuq. Çünki Ulu Öndərin idmanla bağlı dediyi bu sözlər, bizi kütləvi idmanı hər il keçirməyə çox ruhlandırıb. Dahi rəhbər belə deyib: “İdmanımızın, bədən tərbiyəmizin çox geniş imkanları var. Ona nail olmalıyıq ki, bədən tərbiyəsi və idman Azərbaycanın hər gənci, hər bir vətəndaşı üçün bir adət, sevimli ənənə olsun. Azərbaycan gənci bir gün də bədən tərbiyəsi və idmandan kənarda qalmasın. Biz, buna hökmən nail olmalıyıq. Bu, xalqımızın sağlamlığı və uğurlu gələcəyi üçün çox lazımdır”. Ona görə də biz demək olar ki, hər il Dövlət Müstəqilliyi gününə həsr olunan Respublika Sapartakidası keçiririk. Məhz bunun nəticəsində də “Zenit” Bədən Tərbiyəsi İctimai Birliyində dünya səviyyəli idmançılar yetişir. Bu ilki Respublika Spartakiadasını ulu öndər Heydər Əliyevə həsr etmişdik. Çünki o dahi insan Azərbaycan idmanı üçün çox böyük işlər görüb. Və biz də bu Spartakiadanı keçirməklə əbədi Prezidentimizə, dahi rəhbərimizə öz borcumzun kiçik bir hissəsini vermək istədik.

Bu yarışda da “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyətinin İctimai Birliyində xidmət sahəsinə daxil olan Aviasiya işçiləri, Elektroenergetika və Elektrotexnika sənayesi işçiləri, Avtomobil nəqliyyatı və yol təsərrüfatı işçiləri, Müdafiə Sənayesi işçiləri, Metal işçiləri Fedorasiyasının, Metropoliten işçiləri və “Baku” Still Komponi MMC işçiləri Həmkarlar İttifaqlarında çalışan zəhmətkeşlərin və onların ailə üzvlərinin sağlamlığının möhkəmləndiriləmsi, onların müntəzəm surətdə bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi, müəssisə və təşkilatlarda bədən tərbiyəsi və idman işlərinin daha yaxşı təşkil edilməsi məqsədilə 2023-cü ilin 11 oktyabr tarixindən 22 noyabr tarixinə kimi Bakı şəhərində ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika Spartakiadası keçirtdik.

Spartakiadanın proqramına idmanın 10 növü, o cümlədən futbol ( mini), güllə atıcılığı, valeybol, daş qaldırma, üzgüçülük, kəndirdartma, stolüstü tennis, nərd, şahmat və dama üzrə yarışlar daxil idi.

Spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlar Milli Aviasiya Akademiyasının idman bazalarında keçirildi. Daha doğrusu on yarışın səkkizi məhz

Milli Aviasiya Akademiyasının idman zallarında keçirildi. Bu yarışın Təşkilat Komitəsinin sədri Milli Aviasiya Akademiyasının rektoru, hörmətli akademik Arif Mir Cəlal oğlu Paşayev idi. On ildən çoxdur ki, bu yarışların Təşkilt Komitəsinin sədri hörmətli akademik, cənab Arif Mir Cəlal oğlu Paşayevdir. Onu da vurğulayım ki, akademik Arif müəllim özü başda olmaq şərtilə Milli Aviasiya Akademiyasının Həmkarlar Komitəsinin işçiləri, müəllimlər bizə əllərdindən gələn bütün köməklikləri elədilər ki, yarışlar yüksək səviyyədə keçirlsin. Biz özümüz də və başqa komitələrin rəhbərləri də onlardan həmişə çox razı qalırıq. Çünki onlar həmişə yarışların yüksək səviyyədə keçirilməsinə lazım olan kimi köməklik edirlər. Bu ilki yarışların baş hakimi Milli Olimpiya Komitəsinin Vitse Prezidenti, Olimpiya çempionu Zenfira xanım Meftaxmetdinova idi.

Hakimlər də yarışı çox yüksək səviyyədə apardılar. Spartakiada yarışının finalında 52 komandadan 235 nəfər qüvvəsini sınayıb. Onların da 21-i qadınlar olub.

Yarışların ümumi nəticəsinə əsasən 1- ci yerə Aviasia işçiləri, 2-ci yerə Metropoliten işçiləri, 3-cü yerə Müdafiə Sənayesi işçiləri, 4-cü yerə “Baku” Still Komponi işçiləri, 5-ci yerə Avtomobil Nəqliyyatı və Yol təsərrüfatı işçiləri, 6-cı yerə Elektroenergetika və elektrotexnika sənayesi işçiləri və 7-ci yerə isə Metal işçiləri Həmkarlar İttifaqı Fedorasiyası layiq görülüb.

Spartakiadanın proqramlna daxil olan ayrı-ayrı idman yarışlarında qazanılmış çəxsi və komanda hesabındakı nəticələr isə aşağıdakı kimi oldu.

Mini futbol üzrə Müdafiə Sənayesi 1-ci yerə layiq görüldü. Metropoliten işçiləri 2-ci yerə və Aviasiya işçiləri 3-cü yerə layiq oldular. Voleybol yarışlarında Aviasiya işçiləri 1-ci yerə, Metropoliten işçiləri 2-ci yerə, Müdafiə Sənayesi işçiləri 3-cü yerə layiq oldular. Kəndirdartam yarışı bizdə həmişə maraqla keçirilir. Bu yarış da maraqlı oldu. Bu yarışda isə Metropoliten işçiləri 1-ci yerə, Aviasiya işçiləri 2-ci yerə, Müdafiə Sənayesi işçiləri 3-cü yerə layiq görüldülər. Daşqaldırma yarışında Aviasiya işçiləri 1-ci, Metopoliten işçiləri 2-ci və “Baku” Stiil Kompani 3-cü oldular.

Şəxsi yaraışlar da çox maraqla keçirildi. 60 kiloqram çəki dərəcəsində Rauf Ələkbərli ( Aviasiya işçiləri) 1-ci yerə, Ramiz Çobanov ( “Baku” Still Komponi) 2-ci yer və Fərhad Məmmədov ( Metropoliten işçiləri) 3-cü yerə layiq görüldülər. 70 kiloqram çəki dərəcəsində Rəşad Şükürov ( Aviasiya işçiləri) -1-ci yerə, Təbriz Şükürov ( Müdafiə Sənayesi işçiləri) -2-ci yerə layiq oldular. 90 kiloqram çəki dərəcəsində keçən yarışda Rüstəm Əliyev ( Aviasiya işçiləri) -1-ci yerə, Məmməd Şirinov ( “Baku” Still Komponi )-2-ci yerə, Sadiq Həsənli 3-cü yerə layiq oldu. 90 kiloqramdan yüksək olanların nəticəsi belə oldu. Metropoliten işçisi Məhər İsmayılov 1-ci yerisə, Aviasiya işçisi Namik Məmmədov -2- ci yerə və Metropolietn işçisi Rəhman Fərzəliyev 3-cü yerə layiq oldu.

Üzgüçülük ürə keçirilən yarışda Aviasiya işçiləri 1-ci, Müdafiə Sənayesi işçiləri 2-ci və Metropoliten işçiləri 3-cü oldular.

Stolüstü tennis yarışlarında yerlər belə bölündü. Metropoliten işçiləri 1-ci, Avasiya işçiləri 2-ci və Müdafiə sənayesi işçiləri 3-cü oldular

Dama yarışlarında nəticələr belə oldu. Metropoliten işçiləri 1-ci Aviasiya işçiləri 2-ci və Müdafiə Sənayesi işçiləri 3-cü oldular. Şahmat üzrə yarışlar da bizdə həmişə maraqla keçirilir. Burada Aviasiya işçiləri 1-ci, Müdafiə Sənayesi işçiləri 2-ci, Mütropoliten işçiləri 3-cü oldular. Nərd bizim milli oyunumuz olduğuna görə bu yarışa da maraq çox böyük idi. Burada Metropoliten işçiləri 1-ci, “Baku” Still Komponi 2-ci və Aviasiya işçiləri 3-cü oldular. Güllə atıcılığı üzrə nəticələr belə oldu. “Baku” Still Komponi 1-ci yeri, Müdafiə Sənayesi 2-ci yeri və Aviasiya işçiləri 3-cü yeri tutdular.

Yuxarıda vurğuladığım kimi keçirilən bütün yarışların hakimlər heyyəti çox yaxşı işlədi. Heç bir yarışda narazıçılıq olmadı. Və beləkilə, ümumi yarışların nəticələrinə görə Aviasiya işçiləri 1-ci yerə, Metropoliten işçiləri 2-ci yerə, Müdafiə Sənayesi işçiləri 3-cü yerə layiq görüldülər.

Bu ugurların qazanılmasında təşkilatların Həmkarlar Komitələrilə birlikdə “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyətinin də öz payı var. Bu il otuz illiyini qeyd edən təşkilatımızın idmançıları Olimpiya oyunlarında, Dünya və Avropa çempionat və birinciliklərində yüksək nailiyyətlər əldə edirlər. Özü də həmişə nəticələrimiz ürəkaçan olur. Beş dəfə respublika üzrə ilin ən yaxşı idman təşkilatı adını qazanmışıq. Son dəfə isə 2022-ci ildə respublika üzrə biz bu yüksək ada layiq görülmüşük.

Bilirsiniz ki, Ulu Öndər həmişə insanlarımızın sağlamlığı üçün idmana böyük fikir verirdi və dahi rəhbərin tövsiyyəsiylə cənab prezidentimiz İlham Əliyev də idmana çox yüksək fikir verir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsində orada döyüşən əsgərlərimizin arasında yüksək səviyyəli idmançlar da çox idi. Bütövlükdə ordumuz yüksək fiziki gücə malik idi. Ona görə də yüksək texnikamızla birlikdə böyük fiziki gücü olan insanlar da qələbəyə lazım olan səviyyədə imza atdılar. Ali Baş Komandanımızın rəhbərliyilə cənnətməkan yurdumuz olan Qarabağı geri qaytardılar. Beləkilə, Qalib Xalq olduğumuza görə bundan sonra idman sahəsində dünyada daha böyük nəticələr əldə etməliyik. Biz də idman təşkilatı olaraq, qarşıdan gələn yeni ildə daha səylə fəaliyyət göstərəcək və yenə də ölkə idmanına öz töhfəmizi layiqincə verəcəyik.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə