Bank kartlarından pulları necə oğurlayırlar? - ŞOK - AYDINLIQ GƏTİRİLDİ
“Kiberdələduzlar və kibercinayətkarların əsas fəaliyyətləri maddiyyat və maddiyyatyönümlü datalar əldə etməkdir. Bir cinayət və ya kibertəhdid baş veribsə, bunun təməlində maddiyyat əldə etmək durur. Bizim sosial həyatımızda da belədir – insanlar bir-birini aldatmaqla, fırıldaqçılıqla pul qazanmağa çalışırlar. Kibercinayətlər də həmin fəaliyyətlərin elektron versiyasıdır. Günümüzdə bu cür hallar baş verir. Çünki elektron dünyada, o cümlədən, Azərbaycanda da vətəndaşlar daha çox kart məlumatlarından, bank köçürmələrindən istifadə etdirlər. Təbii ki, özü ilə birlikdə bu rahatlıqlar həmçinin də təhlükəsizlik məsələlərini gündəmə gətirir. Bu sözləri SİA-ya açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert Şahin Alıyev deyib.
Onun sözlərinə görə, bu məsələlərin əsas təməli şəxsi təhlükəsizlikdir: “Bu barədə çox təəssüf ki, toplumumuz hələ ki geniş miqyasda maariflənməyib və anlamayıblar. Ona görə də günümüzdə kibertəhdid və kibercinayətlərin sayı artıb. Əslində, biz bu cür fırıldaqçılıqları kibercinayət də adlandıra bilmərik. Çünki kibercinayət hər hansı bir kiberinsident baş verdiyində orada texniki məsələlərin, şəxsi məlumatların oğurlanması, datanın oğurlanması, kompyuter və kompyuter vasitələrinə qanunsuz müdaxilə kimi hallar olduğu halda kiberinsident və kibercinayətdən söz gedə bilər. Bu, sadəcə fırıldaqçılıq növüdür – mütləq ki, kiberdələduzlar etməsə də normal şəxslər, yəni sosial mediada tanımadığımz şəxs etdiyi halda da eyni mahiyyəti daşıyır. Buna görə də, bu cür halların baş verməsi normaldır, əsas olan vətəndaşların maariflənməsi və dələduzlara qarşı immunitet yarada bilməsidir. Təbii ki, bizim fəaliyyətlərimiz, cəmiyyətdəki kibertəhlükəsizlik və kiberinsidentlərə qarşı mübarizənin artırılması istiqamətində aparılan islahatlar, qanuna dəyişikliklər və əsasən, toplumsal maarifləndirmələrin hər zaman yüksək olması vacibdir. Bu cür halların baş verməməsi üçün də vətəndaşlar daha diqqətli olmalıdır”.
Ekspert sözlərinə davam edərək bildirib ki, bank kartları ilə dələduzluqlar normalda kiberdələduzlar və ya kibercinayətkarların şəxsi məlumatları, bankın istifadəçiyə verdiyi məlumatları ələ keçirən zaman baş verir: “Bundan sonra artıq pulu çəkmək və ya pulu hər hansı bir yerə yönəltmək asan olur. Önəmli olan da bankın bizlərə verdiyi təhlükəsizlik siyasətini bildiyimiz halda biz bu cür dələduzluqlara qarşı immunitet yaradıb yeri gələndə onların bu həmlələrinin qarşısını almış olarıq. Banklarda da bu şəkildə pul oğurlanır və ya hansısa bir karta köçürülür. Bu şəkildə onlayn kartlarda günümüzdə digər məsələlərdə çox önəmli məsələlərdir ki, vasitəçilik rolu oynayan bankın təsdiqləmədiyi veb-saytlar, fişinqlər və digər məsələlər də var ki, bunlar fırıldaqçıların əsas hədəf nöqtəsidir. İnsanların psixoloji vəziyyətindən, fikirlər, düşüncələr, boşluqlarından yararlanaraq öz xeyirlərinə istifadə edirlər. Əlbəttə ki, fişinq hücumları ölkəmizdə də bankların adından edilir. Təkrar vurğulayım ki, bu cür halların qarşısını yalnız maariflənmək ala bilər. Digər məsələlər də vasitəçilik dediyimiz veb-saytlar ola bilər, hər hansı aldadıcı səhifələr və ya peyklər də ola bilər. Bu cür hallarda da vətəndaşlar müəyyən qədər fırıldaqçılara aldanırlar. Həmçinin oyunlar və ya əyləncə məqsədli saytlarda da baş verir”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB