Lənkəran REM-in əməkdaşları Ulu Öndərin abidəsini ziyarət ediblər
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 20 il keçir. Bu münasibətlə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (REM) əməkdaşları Ulu Öndərin anım günü ilə bağlı Lənkəran şəhərindəki H.Əliyev Xatirə Parkında abidəsini ziyarət ediblər. Azərbaycan xalqının dahi oğlu, müasir dövlətçiliyimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Lənkəran REM-in direktoru Mehman Əliyev və mərkəzin əməkdaşları Ulu Öndərin abidəsi önünə gələrək, dahi şəxsiyyətin əziz xatirəsinə
dərin ehtiramlarını bildirib, məzarı önünə gül dəstələri qoyublar.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB