“Dünyada ekoloji təmiz qida məhsulu yoxdur” - QURUM RƏSMİSİ AÇIQLADI
“Beynəlxalq təşkilatların verdiyi məlumatlara görə, dünyada ekoloji təmiz qida məhsulu yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, bu cür məhsullar öz etiketləri ilə belə ətraf aləmi çirkləndirirlər: “Bir çox qida məsullarının etiketində ekoloji nişanlar görürük. Lakin ümumilikdə, xüsusilə də Azərbaycanda ekoloji cəhətdən məhsulların təmizliyi barəsində heç bir monitorinq aparılmır.
Qida məhsullarının qalıqlarının ətraf mühitə nə dərəcədə təsiri və çirklənməyə səbəb olması məsələsi heç bir formada tədqiq olunmur. Təəssüf ki, bu istiqamətdə heç bir iş görülmür. Bəzi məhsulların üzərinə “ekoloji təmiz” yazılır, lakin bu istehlakçıları aldatmaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB