"TikTok" insanlar üçün nə dərəcədə faydalıdır? - SORĞU

Son illərdə məşhurlaşan sosial şəbəkə “Tiktok” insanlar üçün nə dərəcədə faydalıdır? Bu gün mövzuyla bağlı SİA şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Məhəmməd Ağazadə: "Öyrədici videolar var.Amma ölkəmizdə daha çox uyğunsuz videolar paylaşılır.Ona görə tövsiyyə eləmirəm.Bəzən insanlara qarşı mərhəməti ,yaxşılığı öyrədir.Mən daha çox orda dərslərlə bağlı baxıram.Xarici dil öyrənmə videolarına baxıram".

Şəhər sakini Məhəmmədhüseyn Əliyev : "Sosial şəbəkələrin həyatımız da rolu böyükdür.Vaxtımızın çoxu orda keçir. Lakin Tiktok da çoxlu lazımsız məlumatlara rast gələm.Çoxlu lazımsız videolar təşkil edir.Faydalı olaraq canlı yayımlar ödənişsiz yayımlar olur.Dini və yaxud dil iləbağlı canlı yayımları buna aid ola bilər".

Şəhər sakini Tahir Quliyev: "Tiktok da çoxlu bayağı videolar var.Tiktoku doğru istifadə elesək birçox elmi öyrənmək olar.Siyasi mövzular daha çox olur.Tiktokda bəzən yaxşı canlı yayımlar olur ama daha çox uyğunsuz olur.Nadir hallar da yaxşı insan görməy olur.Təxminən 5 % 10% faiz düzgündür".

Şəhər sakini İlqar Qafarov: "Faydaları maraqlı video göre və onu telefonumuza yükləyə bilərik.Özümüz videolar paylaşa bilərik.Mənfi cəhəddən tiktokun adını korlayırlar.Canlı yayımların çoxu bərbad vəziyyətdədir.Tiktoka limit gəlməlidir.Cavanlar daha çox paylaşım edir. Bəziləri mənalı video qoyur ama çoxu isə pis,faydasız olur".

Şəhər sakini Günel: "Tiktokun insanlarımıza faydası yoxdu.Məksədə uyğun istifadə edən fdə normaldı amma başka mövzular üçün istifadə edən də uyğun deyil.Canlı yayım da bir çox məşhurlar uşaqlara uyğun olmayan sözlərdən istifədə edirlər.Canlı yayımların bağlanması yaxşı olardı.Video olaraq amma bəzən sağlamlıqla bağlı və ya elmdən bağlı videolar görürəm.Tiktok da daha çox xariciləri takib edirəm".

Şəhər sakini Aysel Məmmədzadə: "Çox istifadə etmirəm ona görə çox fikrim yoxdu.Yaxşı tətbiq olduğu üçün hərkəs istifadə edir.Tətbiq həm zərərli həm də faydalıdır.Zərərdi çünki çox vaxt itkisidi xeyir olaraq desək sadəcə əyləncəlidir".

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə