“Qorxu şəkər, qan xərçəngi kimi xəstəliklərə səbəb olur” - PSİXOLOQ AÇIQLADI

Qorxulu film və ya çizgi filmlərə yaş məhdudiyyəti qoyulmağına baxmayaraq uşaqlar yenə də izləyir. Bəs bu kimi görüntülər uşaqların psixologiyasına necə təsir edir? "Qorxulu film və ya çizgi filmlər uşaqların psixologiyasında onların birinci, ikinci şəxsiyyət dövrünü əhatə etdiyi üçün çox böyük fəsadlara gətirib çıxara bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

Psixoloq qorxu hissinin uşaqlarda yarada biləcəyi fəsadlardan söz açıb: "Həyatda elə bir insan yoxdur ki qorxu hissi olmasın. Həmin insanlarda qorxu hissi olmur ki, duyğu siqnalları onlara çatmır. Bu siqnal çatmadıqda isə qorxunun nə olduğunu anlamırlar. Söhbət sağlam insandan gedirsə, sağlam insanın dərk etdiyi qorxular var ki, həmin qorxuları dəf edə bilmirlər. Bu qorxuların nəticəsində gələcəkdə kiçik yaşlı uşaqların ikinci şəxsiyyət dövründə şəkər, qan xərçəngi, sarılıq kimi xəstəliklər yarana bilər.

Qorxu nəticəsində də yaranan psixoloji durum ikinci şəxsiyyət dövründən bitib, üçüncü şəxsiyyət dövrlərində panik atakla üz-üzə dayanır.

Birinci şəxsiyyət dövründə ən azından nədənsə, qorxmuş olursa, valideynlər bunun dərin fəsadlaşmasına imkan vermirlər. 6,7 yaş üzərində yaranan qorxular dərk edildiyindən, şüurun inkişafından daha da çox ağırlaşmağa gətirib çıxarır. Bu yeniyetməlik dövründə panik atakın yaranması, gəncləşmədən bipolyar pozuntuya qədər gətirib çıxara bilir".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə