Karyeramızda psixologiyamızın hansı rolu var? - AYDINLIQ GƏTİRİLDİ

“Karyera insanın hər hansı bir sahədə inkişaf edərək bir pozisiyadan digərinə çatma prosesidir. Yəni, insanın iş həyatında müəyyən nöqtəyə gəlmək üçün görülən işlərin toplumudur”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, psixoloq, pedaqoq Günel Allahverdiyeva deyib.

Onun sözlərinə görə, insan karyeraya sahibi olmaq üçün öz peşəsinə bir hədəf seçməli, çalışaraq özünü inkişaf etdirərək olduğu yerdən daha yaxşı nöqtəyə gəlməlidir: “Karyera öyrənməyi, özünü inkişaf etdirməyi və risk almağı sevənlərin yoludur. Əlbəttə, bu yolda yüksəliş olduğu kimi uğursuzluqlar da var”.

Günel Allahverdiyeva sözlərinə belə davam edib: “Karyera sahibi olmaq üçün insan ilk növbədə özünü tanımalıdır. İş həyatında verilən qərarlar- özünü tanıma inanclarını, bacarıqlarını və iş həyatından gözləntiləri bilmək önəmlidir. İş həyatında bir hədəfiniz olmalıdır. Nə istədiyinizi bildikdən sonra hədəfi müəyyənləşdirib planlaması etməlisiniz. Karyera sahibi olan hər bir insanın örnək aldığı şəxslər olur. Məhz bu insanlar həmin şəxsi karyera planlamasında daha yaxşı motivasiya edəcək. Son olaraq onu qeyd edim ki, karyera rahat bir həyat üçün vasitədir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə