Ülvi Baxşəliyev Azərbaycanın Moldovadakı səfiri təyin olunub

Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın. SİA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə