"Bu gün 50 sağlamlığını itirmiş hərbçimizə avtomobil təqdim edildi" - NAZİR MÜAVİNİ BİLDİRİB

"Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq ƏƏSMN tərəfindən şəhid ailələrinin və müharibədə sağlamlığını itirmiş əsgər və zabitlərimizin sosial dəstək tədbirləri hər zaman diqqət mərkəzində saxlanılır. Onlara yönəlik müxtəlif istiqamətlərdə proqramlar həyata keçirilir. Əsas proqramlarımızdan biri bu kateqoriyaya aid olan vətəndaşlarımızın mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Böyük fəxrlə qeyd etmək istərdim ki, postmüharibə dövründə il ərzində 1100 nəfər mənzillə təmin olunub. Bu ilin sonuna kimi mənzillərin sayını 1500-ə çatdırmağı planlaşdırmışıq. Bu proqrama başladıqdan indiyədək 14400 nəfər fərdi ev və mənzillə təmin olunub". SİA xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsinin nazir müavini Hidayət Abdullayev jurnalistlərə açıqlamasında deyib.

H.Abdullayev bildirib ki, digər istiqamət sağlamlığını itirmiş hərbçilərin avtomobillərlə təmin olunması proqramıdır: "Bu gün 50 sağlamlığını itirmiş hərbçimizə avtomobil təqdim olunub.

Bir daha cəmiyyətimizi əmin etmək istərdim ki, dövlət başçısının verdiyi hər bir tapşırıq ƏƏSMN tərəfindən tam təmin olunacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə