“Müalicə və psixoloji dəstək üzrə 27 394 750.09 AZN vəsait xərclənib”

“Müalicə və psixoloji dəstək üzrə "YAŞAT" Fondu tərəfindən 27 394 750.09 AZN vəsait xərclənib”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib. Onun sözlərinə görə, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 16 406, itkin ailə üzvlərinin 6 və yaralıların 11 030 müraciəti olmaqla ümumilikdə 27 442 müraciət təmin edilib.

Eyni zamanda ümumilikdə 185 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 178-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıtmışdır. Hazırda 5 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə