“YAŞAT" Fondu ilə təlim-tədris mərkəzləri arasında əməkdaşlıq qurulub”

“08 dekabr 2023-cü il tarixinədək “YAŞAT” Fondu ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi və Dünya məktəbi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib. Onun sözlərinə görə, “Dərs evi” tədris mərkəzi, “İnnab Business School”, “SAT Group” və “Data Science Academy” təlim-tədris mərkəzi ilə də əməkdaşlıq qurulub.

Eyni zamanda rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilərək, ümumilikdə 120 şəxsin (71 şəhid ailə üzvü və 49 yaralı) hesabına vəsait köçürülüb. 2021-2022-ci tədris ili üzrə 49 şəxsə (31 şəhid ailə üzvü və 18 yaralı), 2022-2023-cü il tədris ili üzrə isə 23 şəxsə (12 şəhid ailə üzvü və 11 yaralı), 2023-2024-cü il tədris ili üzrə isə 31 ( 20 şəhid ailə üzvü və 11 yaralı) şəxsə 2000 AZN vəsait köçürülüb”.

Bütün xəbərlər Facebook səhifəmizdə