Diqqət əskikliyi problemi və onun korreksiyasında ən müasir üsullar - PSİXOLOQ İZAH ETDİ
“Diqqət əskikliyi problemi ilə bağlı tez-tez müraciətlər alırıq və valideynlər uşaqlarının bu problemindən şikayət edirlər. Ümumiyyətlə diqqət əskikliyi müşahidə olunan uşaqların həyat tərzlərində, gündəlik fəaliyyətlərində xaos və qarışıqlığa tez-tez rast gəlinir. Belə ki, misal olaraq, belə uşaqlar unutqanlıq yaşayırlar, hövsələsiz olurlar, şəxsi əşyalarına qarşı məsuliyyətsizlik nümayiş etdirirlər, dağınıq olurlar. Məsələn: qələmləri çox zaman qələmqabında olmur, çantalarının içərisində dağınıq şəkildə olur, digər tərəfdən çantaları səliqəsiz olur. Hətta, bəzən belə övladı olan valideynlər tədris ili ərzində dəfələrlə övladına yeni məktəbli çantası almalı olurlar. Belə uşaqlar şəxsi gigiyenalarına da o tərzdə yanaşırlar. Belə ki, bu uşaqların paltarlarında, köynəklərində və s. tez-tez ləkələr görmək mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.
Onun sözlərinə görə, diqqət əskikliyi sindromu olan uşaqların oyun otağında da bunu müşahidə etmək olar: "Onlarda oyunlara, oyuncaqlara qarşı marağın qısa müddətli olması, əşyalara, oyuncaqlara qarşı səliqəsiz davranmaları, hətta bəzən onları sökməsi və digər hallar özünü göstərir. Qeyd etmək lazımdır ki, yüksək dərəcədə diqqət əskikliyi müşahidə edilən uşaqlarda nitqin inkişafı ləngiyir, qavrama və təfəkkürdə pozğunluqlar, o cümlədən, əqli və nitqi qüsurlar meydana çıxa bilər. Belə bir halda isə valideynlərin mütəxəssis dəstəyi alması mütləqdir. Diqqət əskikliyi sindromu vaxtında həll olunmazsa belə uşaqlarda gələcək həyatları üçün özgüvən əskikliyi, məsuliyyətsizlik kimi problemləri də bərabərində gətirəcək və bu problemlərin gələcəkdə, uşaqların müəyyən yaşa çatdıqdan sonra həll edilməsi çətinliklər yaradacaq. Digər xarakterik əlamətləri ondan ibarətdir ki, beyinləri eyni zamanda bir neçə hissəyə bölünür və bir neçə nöqtəyə yönəlir. Yəni, eyni anda bir neçə şeyi düşünməyə başlayırlar: həm ev haqqında düşünür, həm müəllimi dinləyir, həm də sinifdə baş verən hansısa prosesi izləyir. Bu zaman da, təbiidir ki, diqqətini cəmləmə problemi ilə üzləşir və bunun da nəticəsində onların diqqətini tam şəkildə dərsə, müəllimə verə bilməməsinə, nəhayətində keçilən mövzunu mənimsəməməsinə gətirib çıxarır.
Bu problemin korreksiyasında daha tez nəticə əldə etmək üçün psixoloji işlə yanaşı həm də möcüzəvi aparatlarımızdan olan NeuroFeedback seansları da məsləhət görürəm. Bu cihaz vasitəsilə mütəxəssis pasientin beyin dalğalarını kontrol edir və onları normativə gətirir. NeuroFeedbabk nazik lent şəkilli aparatdır, başa taxılarak saçın dibinə inteqrasiya etdirilir. Onun sayəsində beyin dalğaları bizim cihazımıza yəni kompyuterə ötürülür. Bu sırada isə pasient böyük ekranda fraqment məsələn: uşaqdırsa cizgi filmi, böyükdürsə rahatladıcı video, mənzərə və ya istədiyi hər hansısa bir şey izləyir. Bununla bir növ həm də pasientin diqqəti ölçülür. Belə ki, izləyən şəxs əgər diqqətini yayındırarsa və ya diqqətini cəmləmə problemi varsa ekranda izlədiyi fraqment solğunlaşır və ya kiçilir. NeuroFeedback aparatı ilə əsas 4 dalğa ölçülür: alfa, delta, beta, teta. Bu dalğalar mühakimə bacarığımızın,diqqət cəmləməyin, analiz-sintezin inkiçafında mühüm rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB