Torpaq sahələrinin özəlləşdirilməsi üçün vətəndaşlar NƏ ETMƏLİ? - EKSPERT İZAH ETDİ

Torpaq sahələrinin özəlləşdirilməsi üçün vətəndaşlar NƏ ETMƏLİ? - EKSPERT İZAH ETDİ

“Dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsi üçün vətəndaşlar ilk növbədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməlidir”.

Bunu SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspertin sözlərinə görə, əmlak qeyri-yaşayış sahələri üzərində inşa olunubsa bu torpağın özəlləşdirilməsi üçün vətəndaşlara imkanlar yaradılır: “Həmin torpaq sahəsinin dəyəri müəyyən edilir. Sonrasında həmin vətəndaşa onun ya icarəyə götürülməsi, ya da mülkiyyətinə keçirilməsi üçün təklif irəli sürülür. Bununla bağlı vətəndaşa bildirişlər də yönləndirilir.

R.Qasımzadə bildirib ki, əgər həmin vətəndaş o torpaq sahəsini özəlləşdirməyə yaxud, icarəyə götürməyə razılaşırsa bu Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən təmin olunur: “Yox əgər bu vətəndaşı qane etməsə o zaman imtina verir və həmin torpaq sahəsi hərraca çıxarılır. Hərrac vasitəsilə torpaq sahəsinin satışı yaxud icarəyə verilməsi təmin olunur”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə