"Zəlzələ baş vedikdən dərhal sonra Daxili İşlər Nazirliyi Bakı şəhəri və zəlzələnin güclü hiss olunduğu bölgələrdə polis qrupları gücləndirilmiş iş rejiminə gətirilib". SİA xəbər verir ki, bu sözləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin keçirdiyi mətbuat konfransında DİN-in mətbuat katibi Elşad Hacıyev deyib.
Qurum rəsmisi bildirib ki, insanlar arasında ajiotajın yaranmaması üçün bütün polis orqanları öz sahələri üzrə xidmətə cəlb olunub: "Dağıntı, tələfat və başqa xoşagəlməz hal ilə bağlı qurumumuza heç bir məlumat daxil olmayıb. Bununla belə xüsusilə metrostansiyalar, insanların hərəkətdə olduğu bütün küçə və prospektlər, təhsil müəssisələri, bağçalar nəzarətə götürülüb. Yollarda sıxlığın təhlükəli vəziyyətin yaranmaması üçün bütün tədbirlər görülüb. İnsanların qorxaraq evlərini tərk etməsi halı baş verməməsi üçün polis qrupları əlavə xidmətə cəlb edilib. Bütün zəruri işlər tərəfimizdən həyata keçirilib.
DİN rəsmisi vətəndaşları maksimum təmkinli olmağa çağırıb: "Bu hallarda yalnız rəsmi məlumatlara istinad edilməlidir".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB