Bu gün Xəzər dənizində baş vermiş zəlzələyə dair AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat konfransında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev və FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov da iştirak edib.
İlk olaraq çıxış edən Qurban yetirmişli baş verən zəlzələnin səbəbləri barədə geniş məlumat verib. O bildirib ki, Xəzərin şimalında baş verən zəlzələnin dərinliyi 68 km olub: "2023-cü ilin iyulun 4də zəlzələ baş vermişdi. Bugünkü zəlzələ eyni ocaqda gedən prosesin nəticəsi idi. Müşahidələr nəticəsində məlum olmuşdu ki, iyul ayında olan zəlzələdən sonra enerji boşalması tam şəkildə olmadı. Sonradan afterşoklar olsa da, bunlar ciddi dərəcədə hiss olunmamışdı. Zəlzələdən sonra toplanan gərginliklər bu gün özünü büruzə verdi. Yəni, deyə bilərik ki, bugünkü zəlzələyə dərin qırılmalar səbəb olub".
Q.Yetirmişli qeyd edib ki, bu gün baş verən zəlzələnin davamiyyəti 51 saniyə olub: "Amma bunun sadəcə 47 saniyəsi hiss olunub. Zəlzələ baş verdikdən indiyədək hələ ki 6 afterşok baş verib. Buna güclü zəlzələ demək doğru olmaz. Ona görə də əhalinin narahatlığına səbəb yoxdur".
FHN nümayəndəsi Elxan Əsədov isə bildirib ki, quruma zəlzələ nəticəsində binalarda dağıntıların baş verməsi ilə bağlı heç bir məlumat daxil olmayıb.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB